İyunun 1-də Moldovanın paytaxtı Kişineuda “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısının açılış mərasimi keçirilib.
Ucnoqta.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Prezidenti İlham Əliyevi, Zirvə toplantısında iştirak edən digər dövlət və hökumət başçılarını qarşıladı.
Toplantı iştirakçıları birgə foto çəkdirdilər.
13:02
Azərbaycan Prezidenti İlham Əliyev Avropa Siyasi Birliyinin sammitinə gəlib.
"Report"un Moldovaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan Prezidentini Moldova Prezidenti Mariya Sandu qarşılayıb.
Sammitdə 40-dan çox dövlət başçısı, eləcə də Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, Avropa Parlamentinin Prezidenti Roberta Metsola və Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel iştirak edir.
Qeyd edək ki, tədbir Kişineudan 35 km aralıda yerləşən Bulboaka kəndində, Mimi qəsrində keçirilir.