“Sürücülərin başının telefona qarışması qəzaların başvermə səbəbləri sırasında çoxluq təşkil edir".
Ucnoqta.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi polis mayoru Rövşən Tağıyev deyib.
Onun sözlərinə görə, bir çox Avropa ölkələrində sükan arxasında telefondan istifadə edən sürücülərin aşkarlanması və protokol tərtib edilməsi kameralar vasitəsilə həyata keçirilir:
"Ötən gün ananın başının telefona qarışması səbəbindən ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verdi. Avropalı ekspertlər hesab edirlər ki, 2030-cu ilə qədər telefon səbəbindən baş verən qəzaların sayında dünya ölkələri üzrə 40%-ə yaxın artım olacaq. Ona görə indidən bu istiqamətdə ciddi tədbirlərin görülməsinə ehtiyac duyurlar. Biz də DYP olaraq bu istiqamətdə səlahiyyətlərimiz daxilində müvafiq işlərin görülməsini təmin edirik".
R.Tağıyev bildirib ki, ötən illə müqayisədə yol qəzalarında uşaqların ölüm sayında azalma müşahidə edilir.