Namibiyada eyni ailənin 15 üzvü sıyıqdan zəhərlənərək ölüb

00:09 - 1 İyun 2023 - HADİSƏ

Namibiyanın Şərqi Kavanqo əyalətində bir ailənin 15 üzvü sıyıqdan zəhərlənərək ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Namibian Sun” məlumat yayıb.

Nəşrin məlumatına görə, ailədə 22 nəfər olub. Axşam yeməyindən dərhal sonra bütün ailə üzvləri xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olan 14 qohum mayın 29-da Rundu Dövlət Xəstəxanasına yerləşdirilib.

Həkimlərin göstərdiyi yardıma baxmayaraq, 15 nəfər dünyasını dəyişib. Onların əksəriyyəti 10 yaşa qədər uşaqlardır. Qalan ailə üzvləri reanimasiyadadır.

Qida nümunələri araşdırmaya göndərilib. 

Xəbər xətti