Şərur rayonunda 31 yaşlı kişi qətlə yetirilib.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, mayın 31-də saat 19:30 radələrində Naxçıvan MR Şərur rayon Püsyan kəndində kənd sakini 1992-ci il təvəllüdlü Şıxəliyev Xəlil Həsən oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən həmin kənd sakini 1985-ci iı təvəllüdlü Nəcəfov Gündüz Nəcəf oğlu saxlanılıb.
Araşdırmalar davam etdirilir.