Şirvan Polis Şöbəsinin müvəqqəti saxlanma təcridxanasında ölüm hadisəsi baş verib.
APA-nın məlumatına görə, ölən şəxsin təcridxanada saxlanılan Siyəzən rayon sakini, 1983-cü il təvəllüdlü Əbdülrəhmanov Samir Zahir oğlu olduğu bildirilir.
Onun hansı səbəbdən öldüyü məlum deyil. Həmi şəxsin meyiti müayinə olunmaq üçün Şirvan Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan Şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.