“Ambulanslarımızdan biri çağırışa gedərkən qəza baş verib. Hadisə zamanı ambulansda pasiyent olmayıb. Həkim və tibb heyəti arasında ölən və xəsarət alanlar yoxdur”. - Masallı Bioloji Təbabət Klinikasından bildirilib.
10:45
Masallıda təcili tibbi yardım avtomobili qəzaya uğrayıb.
APA-nın əldə etdiyi xəbərə görə, qəza nəticəsində avtomobildə olan xəstə vəfat edib.
Bundan başqa, "Bioloji Təbabət" Klinikasının Masallı filialının maşında olan 3 əməkdaşı xəsarət alıb. Onlardan ikisinin vəziyyəti stabildir, biri isə dərhal əməliyyata götürülüb.