Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda təcili yardım maşını qəzaya düşdü - VİDEO

11:15 - 18 May 2023 tarixində dərc olunub.

“Ambulanslarımızdan biri çağırışa gedərkən qəza baş verib. Hadisə zamanı ambulansda pasiyent olmayıb. Həkim və tibb heyəti arasında ölən və xəsarət alanlar yoxdur”. - Masallı Bioloji Təbabət Klinikasından bildirilib.

10:45

Masallıda təcili tibbi yardım avtomobili qəzaya uğrayıb.

APA-nın əldə etdiyi xəbərə görə, qəza nəticəsində avtomobildə olan xəstə vəfat edib.

Bundan başqa, "Bioloji Təbabət" Klinikasının Masallı filialının maşında olan 3 əməkdaşı xəsarət alıb. Onlardan ikisinin vəziyyəti stabildir, biri isə dərhal əməliyyata götürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası