Meksikanın cənubundakı Nayarit ştatında turist avtobusu dərəyə aşıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb. Məlumata görə, nəticəsdə azı 18 nəfər ölüb, 30-a yaxın adam yaralanıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları qəzanın səbəblərini araşdırır.
Zərərçəkənlərin rayonun müxtəlif xəstəxanalarına yerləşdirildiyi qeyd edilir. Sərnişinlərin hamısı Meksika vətəndaşlarıdır.