Ucnoqta.az
www.ucnoqta.az

Meksikada turist avtobusu qəzaya düşüb - 18 nəfər ölüb

10:56 - 1 May 2023 tarixində dərc olunub.

Meksikanın cənubundakı Nayarit ştatında turist avtobusu dərəyə aşıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb. Məlumata görə, nəticəsdə azı 18 nəfər ölüb, 30-a yaxın adam yaralanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qəzanın səbəblərini araşdırır.

Zərərçəkənlərin rayonun müxtəlif xəstəxanalarına yerləşdirildiyi qeyd edilir. Sərnişinlərin hamısı Meksika vətəndaşlarıdır.

Müəllif: Ucnoqta.az redaksiyası