Sürücünü bıçaqla hədələyib pulunu aldılar

10:51 - 17 Mart 2023 - Xəbər

Martın 11-də gecə saatlarında Binəqədi rayonu ərazisində “Chevrolet” markalı bir avtomobilə sərnişin qismində əyləşən şəxsin sürücünü bıçaqla hədələyib 20 manatını talaması barədə polisə məlumat daxil olub.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Abşeron rayon sakini Allahverdi Bədəlov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Xəbər xətti