Xəstəliyə görə 160 min toyuq məhv edildi

12:46 - 22 Fevral 2023 - Xəbər

İsveçdə yanvar ayında salmonellyoz xəstəliyinə görə 165 min yumurtlayan toyuq məhv edilib

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, İsveçin ən böyük yumurta istehsalçısında salmonellyoz epidemiyası 160.000 yumurtlayan toyuğunun kəsilməsinə səbəb olub. 

Qeyd edilir ki, təsərrüfatda quşlarda ilk yoluxucu xəstəlik faktı qeydə alınıb, bundan sonra ölkənin kənd təsərrüfatı idarəsi quşçuluq təsərrüfatlarına nəzarəti gücləndirib.

Bu həftənin əvvəlində bir sıra İsveç pərakəndə satış şəbəkələri eyni səbəbdən toyuq yumurtası partiyalarını geri çağırıb.

Xəbər xətti