Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 17 134-ə yüksəlib.
Ucnoqta.az xəbər verir ki, yaralıların sayı isə 70 347 nəfərə çatıb.
Qeyd edək ki, Türkiyədə episentri Kahramanmaraşın Pazarcık rayonunda olan 7,7 bal gücündə zəlzələ olub. Zəlzələ yerin 7 km dərinliyində baş verib. Yeraltı təkanlar nəticəsində çox sayda binalar dağılıb.