Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyədə baş vermiş dəhşətli zəlzələdən sonra fevralın 6-9-da göndərilən humanitar yardımın həcmi barədə məlumat açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, Azərbaycandan Türkiyəyə 855 000 manat maddi yardım edilib, 745 nəfərlik tibbi və xilasedici heyət yola salınıb. Humanitar yardım Türkiyəyə 8 təyyarə və 24 yük avtomobili vasitəsilə çatdırılıb.