Polis əməkdaşı İcra Hakimiyyətinə şöbə müdiri təyin edilib

18:11 - 9 Fevral 2023 - Xəbər

Goranboy rayon İcra Hakimiyyətində yeni təyinat olub.

APA-nın məlumatına görə, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin sərəncamına əsasən, Məhərrəmov Səbuhi Məzahir oğlu Goranboy İH başçısı aparatının Hüquq şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Səbuhi Məhərrəmov əvvəllər, Goranboy rayon Polis Şöbəsində müxtəlif vəzifələrdə işləyib. Son təyinatdan öncə Goranboy rayon Polis Şöbəsində polis rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi vəzifəsində çalışıb.

 

Xəbər xətti