Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Şuşa şəhərində yerləşən keçmiş poçt binasının əsaslı təmiri işlərinin satınalınması üzrə açıq tender elan edib.
Qoruqdan verilən xəbərə görə, tenderdə iştirak etmək arzusunda olan şirkətlər 16 mart 2023-cü il tarixinə kimi hüquqi sənədləri, 3 aprel 2023-cü il tarixinə kimi isə təklifi və təklifin təminatı sənədlərini Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yollaya bilərlər.