ADY gücləndirilmiş iş rejiminə keçib

16:55 - 9 Fevral 2023 - Xəbər

Hazırda müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar “Azərbaycan Dəmir Yolları” QSC (ADY) hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Ucnoqta.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilir ki, qatarların sürət həddi küləkli hava şəraitinə uyğun olaraq tənzimlənir: "Sərnişinlərimizdən də öz növbəsində platformalarda hərəkət zamanı ehtiyatlı olmaları və dəmir yolu xətlərini keçən zaman müvafiq keçidlərdən istifadə etmələri xahiş olunur".
 

Xəbər xətti