Türkiyədə 5 yaşlı uşaq 52 saatdan sonra dağıntılar altından çıxarılıb

10:42 - 8 Fevral 2023 - Cəmiyyət

Türkiyənin cənub-şərqindəki Hatay vilayətində dağıdıcı zəlzələdən 52 saat sonra 5 yaşlı uşaq dağıntılar altından xilas edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

Evin uçması nəticəsində onun heç bir xəsarət almadığı qeyd edilir. O, xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, Türkiyənin Kahramanmaraş vilayətində 7,7 bal gücündə zəlzələ baş verib. Yüzlərlə zəlzələdən sonra baş verən yeraltı təkanlar Suriya da daxil olmaqla ölkənin 10 əyalətində və qonşu dövlətlərdə hiss olunub.
Son məlumatlara görə, Türkiyədə 5,8 mindən çox insan dünyasını dəyişib.

Xəbər xətti