Hökməlidə dəm qazından zəhərlənən qadın 9 gün sonra öldü

09:19 - 8 Fevral 2023 - Cəmiyyət

Abşeron rayonunun Hökməli qəsəbəsində dəm qazından zəhərlənən qadın 9 gün sonra ölüb.

Yanvarın 29-da 49 yaşlı Məlahət Rəhimova yaşadığı fərdi yaşayış evində qonşuları tərəfindən dəm qazından zəhərlənmiş vəziyyətdə aşkar edilib.

O, dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Lakin aldığı müalicəyə baxmayaraq fevralın 7-də ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.///report

Xəbər xətti