Zəlzələ nəticəsində aviaşirkətin xidmətlərindən yararlana bilməyən AZAL-ın Türkiyəyə və geri gələn sərnişinlərinə aviabiletlərin dəyərinin cərimə tətbiq edilmədən tam qaytarılmasına və ya ödənişsiz yenidən bronlaşdırılmasına icazə verilir.
Bu barədə Ucnoqta.az-a "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən bildirilib.
Məlumatda qeyd edilir ki, Türkiyənin aşağıdakı şəhərlərində baş vermiş zəlzələ səbəbindən:
Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Malatya, Diyarbəkir, Mardin, Batman, Ərzurum, Ərzincan, Sivas, Şırnak, Siirt, Van, Muş, Bingöl, Ağrı, Iğdır, Adana, Qars, Rizə, Trabzon, Giresun, Ordu, Samsun, Tokat, Merzifon, Kayseri, Adıyaman, Hatay, Elazığ, Nevşehir, Kastamonu və Sinop, Ankara, İstanbul, İzmir və Antalyanın bütün beynəlxalq hava limanlarına reys yerinə yetirən AZAL və “Buta Airways”in fevralın 6-dək əldə edilmiş uçuş tarixi fevralın 6-dan 21-dək olan aviabiletlərinin, 31 mart 2023-cü il daxil olmaqla, “involuntary” proseduru çərçivəsində geri qaytarılması və istənilən digər tarixlərə yenidən bron edilməsi təmin olunur.
Qeyd edək ki, bir çox sərnişinlər geri qaytardıqları və ya vaxtını dəyişmək istədikləri biletlərə görə AZAL tərəfindən cərimə tətbiq olunduğu barədə sosial şəbəkələrdə məlumat paylaşmışdı.