Xorvatiyanın Zaqreb şəhərində güləş üzrə ilin ilk reytinq turniri keçirilib.
Ucnoqta.az xəbər verir ki, sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan yığmaları komanda hesabında üçüncü yeri tutub. Beləliklə, sərbəst güləşçilərimiz 135 bal toplayıb. Bu xalla ABŞ (175) və İrandan (140) sonra üçüncü yeri tutub. “Klassiklər”imiz isə 80 xal toplayıb. Yalnız İran (195) və Macarıstan (80) bizdən önə keçib.
Qadınlardan ibarət komanda 13-cü yeri tutub (25).
Qeyd edək ki, Azərbaycan sərbəst güləşdə 8 (1-2-5), yunan-Romada 3 (1-1-1), qadınlarda isə 1 (0-0-1) mükafat qazanıb.
Pünhan