"Bu komandaya yenidən Çempionlar Liqasında oynamaq üçün gəldim".
"Report"un məlumatına görə, bunu "Qarabağ"ı Macarıstan "Ferentsvaroş"una dəyişən qanalı futbolçu Kvabena Ovusu yeni komandasına keçidi barədə danışarkən deyib.
26 yaşlı hücumçu Budapeşt təmsilçisinin əla kollektiv olduğunu bildirib: "O vaxt “Ferentsavoş”la üz-üzə gələndə komanda yoldaşlarıma dedim ki, uşaqlar, bu rəqib bizə çətin anlar yaşadacaq, oyuna hərtərəfli yaxşı hazırlaşmalıyıq. Onlar da Çempionlar Liqasının qrupuna düşmək istəyirdilər. Bu səbəbdən tam gücümüzlə mübarizə aparmalıydıq”.
O, "Ferentsvaroş"a hədəflərinə çatmaqda kömək etmək istədiyini söyləyib: "İstərdim ki, bütün bacarığımla komandaya yardım göstərim. İstəyimizə nail olmaq üçün birlikdə çalışmalıyıq".
Qeyd edək ki, "Ferentsvaroş" Kvabena Ovusu ilə imzalanmış müqavilənin müddətini açıqlamayıb.