Gəncədə bir ailənin 3 üzvü bıçaqlanıb.
Ucnoqta.az xəbər verir ki, 1993-cü il təvəllüdlü Elnurə Əlimərdanova, 1980-ci il təvəllüdlü Elşən Əlimərdanov və 1992-ci il təvəllüdlü Elnur Əlimərdanov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Onlara cərrahi müdaxilə edilib, vəziyyətləri kafidir. Bıçaqlanan şəxslər bir ailənin üzvləridir.
Hadisəsin başvermə səbəbləri araşdırılır.
APA-nın məlumatına görə, həmin şəxsləri Elnurə Əlimərdanovun keçmiş həyat yoldaşı yaşadıqları evdə bıçaqlayıb.
Hadisə Əlimərdanovlar ailəsinin yaşadığı Atatürk prospektində yerləşən evdə qeydə alınıb. Onun saxlanılması istiqamətində axtarışlara başlanıb.