Bakının Xətai rayonunda yerüstü piyada keçidində təhlükəli vəziyyət yaranıb.
Ucnoqta.az xəbər verir ki, bununla bağlı görüntüləri jurnalist Elşad Paşasoy sosial şəbəkədə paylaşıb. O, keçidin düz ortasında dəlik açıldığını və üzərinə taxta parçası qoyulduğunu bildirib. Lakin, dəliyin üstü açıq qalsa da piyada keçidindən istifadə edən piyadalar üçün təhlükə yarada bilər.
Qeyd edək ki, sözügedən piyada keçidi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bir neçə il əvvəl istifadəyə verilib. Keçidin tikintisinə yüz minlərlə manat pul xərclənib.
Keçiddən istifadə edən piyadaların sözlərinə görə, çox vaxt burada lift işləmir.
Emin