Messinin Dünya Kuboku fotosunun saxta olduğu məlum olub - FOTO

13:15 - 5 Yanvar 2023 - MARAQLI

Lionel Messinin Dünya Kuboku fotosunun saxta olduğu məlum olub

Ucnoqta.az xəbər verir ki, bu barədə Clarin yazır. Belə ki, Argentina millisinin qələbəsinin bayramı zamanı əsl kubokla yanaşı, meydanda dünya çempionatının saxtası da olub. 

Saxta kuboku dünya çempionatına 6 ay qalmış argentinalı azarkeşlər hazırlayıb. Milli komandanın bütün oyunçularının ona avtoqraf qoyması nəzərdə tutulurdu. Ancaq təntənəli mərasimdə bu nüsxə anlaşılmaz bir şəkildə Lionel Messinin əlinə keçib və o, fotoqrafların qarşısında onunla poza verməyə başladı.

Nəşr qeyd edir ki, Messi bunun FİFA prezidenti Canni İnfantino tərəfindən ona verilən kubok olmadığını başa düşməyib, çünki görünüşü və çəkisinə görə orijinaldan fərqlənmirdi.

Nəticədə Messiyə səhv barədə komanda yoldaşı, yarımmüdafiəçi Anhel Di Maria və təhlükəsizlik xidmətinin əməkdaşları məlumat verib.

Messinin əlində saxta kubok tutan şəkli İnstaqramda 75 milyona yaxın bəyənmə toplayıb. Görüntü sosial şəbəkədə idmançılar arasında bəyənmə sayına görə rekord qırıb.

Emin


Xəbər xətti