Benzema Makronun təklifindən imtina edib

11:15 - 18 Dekabr 2022 - İDMAN

Kərim Benzema DÇ-2022 -nin final oyununda iştirak etmək üçün Fransa prezidenti Emmanuel Makrondan dəvət alıb. Lakin o, bu təklifi rədd edib.

Trend-in məlumatına görə, bu barədə "ESPN" məlumat yayıb.

Məlumata əsasən, zədə səbəbindən turniri buraxan hücumçu prezident təyyarəsində tamaşaçı kimi Qətərə gedə bilərdi, lakin bu dəvəti qəbul etməyib.

Makron və xanımı Bricitin təyyarəsində Pol Poqba, N'Qolo Kante, Presnel Kimpembe və Kristofer Nkunku, həmçinin 1980-ci illərdə Fransa Milli Komandasında çıxış etmiş Alen Giresse və cüdo üzrə Olimpiya çempionu Teddi Riner olacaq.

Zədə səbəbindən ölkəsinə qayıdan Benzema Fransanın dünya çempionatının heyətindən çıxarılmayıb. FİFA qaydalarına əsasən, Benzema da medal ala biləcək.
Cümə günü Benzema İnstaqramda final matçında oynayıb-oynamayacağı ilə bağlı "Mənə maraqlı deyil" şərhini yazıb.

Emin

Xəbər xətti