Bu gün Qətərdə keçirilən futbol üzrə 2022-ci il dünya çempionatının sonuncu günüdür.
Ucnoqta.az xəbər verir ki, DÇ-2022-nin qalibi Argentina və Fransa yığmaları arasında keçirilən oyunda məlum olacaq.
“Lusail” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Qeyd edək ki, hər iki komanda iki dəfə bu adı qazanıb.
DÇ-2022
Final
18 dekabr
19:00. Argentina - Fransa
Baş hakim: Şimon Marçinyak (Polşa)
“Lusail” stadionu