Luka Modriç 2022-ci il dünya çempionatında Xorvatiyanın 7 matçının hamısında iştirak edib.
37 yaşlı yarımmüdafiəçi Mərakeşlə üçüncü yer uğrunda görüşdə ilk dəqiqələrdən meydanda olub.
Əvvəllər yalnız qapıçılar Peter Şilton (1990) və Dino Dzoff (1982) yaşları 37-dən yuxarı ikən dünya çempionatlarında eyni turnirdə yeddi oyuna çıxıblar.
Beləliklə, “Real Madrid”in yarımmüdafiəçisi 37 və daha yuxarı yaş kateqoriyasında turnirin bütün oyunlarında iştirak edən ilk sahə oyunçusu olub.///oxu.az