Qətərdə keçirilən dünya çempionatında bu gün 3-cü yerin sahibi məlum olacaq.
Ucnoqta.az xəbər verir ki, "Xəlifə" stadionunda keçiriləcək oyunda Xorvatiya və Mərakeş yığmaları üz-üzə gələcəklər. Qarşılaşmaya Bakı vaxtı ilə saat 19:00-da start veriləcək.
Qeyd edək ki, dünya çempionatının qalibi dekabrın 18-də Argentina və Fransa milli komandaları arasında keçiriləcək oyun zamanı bəlli olacaq.
DÇ-2022
3-cü yer uğrunda oyun
17 dekabr
19:00. Xorvatiya - Mərakeş
Baş hakim: Əbdülrəhman Əl-Cassim (Qətər)
"Xəlifə" stadionu