Polşanın "Pahonia" futbol klubu "Qarabağ"ın hücumçusu Musa Qurbanlı ilə maraqlanır.
Ucnoqta.az xəbər verir ki, Polşanın 24Kurier.pl portalının məlumatına görə, “Pahonia”nın prezidenti Yaroslav Mroçek 20 yaşlı hücumçuya görə müəyyən qədər təzminat ödəməyə hazırdır. Söhbət 350 min avro (630 min manatdan bir qədər çox) məbləğindən gedir.
“Qurbanlının “Qarabağ”la müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Ola bilsin ki, bu dəfə "Pahonia" futbol klubu nəinki oyunçu ilə müqavilə imzalayacaq, həm də “Qarabağ”dan onu alacaq. Adətən bu komanda başqa klublarla müqavilə bağlanmayan oyunçuları heyətinə cəlb etməklə kifayətlənirdi"-deyə portal yazır.