“Lionel Messini 2022-ci il dünya çempionatının ən yaxşı oyunçusudur”.
Ucnoqta.az xəbər verir ki, bunu İngiltərə millisinin keçmiş müdafiəçisi Hari Nevil deyib. “Mən Messini seçərdim, çünki Mbappe daha güclü komandada oynayır. Düşünürəm ki, Mbappe böyük oyunçularla əhatə olunub.
Məni səhv başa düşməyin, Messinin partnyorları da kifayət qədər yaxşıdır. Argentina - Xorvatiya matçının sonunda şəkil çəkdim. 10 argentinalı futbolçu cərimə meydançasının kənarında toplaşmışdı və Messi onlardan ayrı dayanmışdı. Bu mənzərə Argentina üçün çox xarakterikdir”, - İngiltərə millisinin keçmiş müdafiəçisi deyib.