Laçın yolunda aksiya davam edir

08:25 - 16 Dekabr 2022 - Xəbər

QHT təmsilçiləri və ekofəalların Laçın yolunda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz aksiyası davam edir. 

Ucnoqta.az xəbər verir ki, aksiyanın beşinci günüdür. Bütün gecəboyu davam edən aksiyada etirazçılar ekoloji terror və yataqların qanunsuz istismarı əleyhinə şüarlar səsləndirirlər. 

 Qeyd edək ki, aksiya iştirakçıları ötən gün yeni tələblər irəli sürüblər:

- Laçın dəhlizi tam nəzarətə götürülsün;

- Xankəndində sığınacaq tapan erməni terrorçular ərazilırimizi tərk etsinlər;

- DİN-in, FHN-nin, Gömrük İdarəsinin Laçın dəhlizində nəzarət məntəqələri yaradılsın;

- Xankəndində yaşayan Azərbaycan vətəndaşı olan ermənilərə rəsmi Bakının hümanitar yardım göstərmək istəyinin gerçəkləşməsinə imkan verilsin!

Etirazçılar tələbləri yerinə yetirilməyənə qədər aksiyanı davam etdirəcəklərini bildirirlər.

Xəbər xətti