Bəxtiyar Hacıyev aclıq aksiyasına BAŞLADI

19:00 - 15 Dekabr 2022 - Cəmiyyət

Hazırda həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev aclıq aksiyasına başlayıb.

Bunu "Unikal"a açıqlamasında onun vəkili Aqil Layıc məlumat verib.

A. Layıcın sözlərinə görə, Bəxtiyar Hacıyev aclıq aksiyasına başladığını bu gün keçirilən məhkəmədə bildirib.

Qeyd edək ki, xuliqanlıqda təqsirləndirilən Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Onun apellyasiya şikayəti isə təmin edilməyib.

 

Xəbər xətti