Ötən illə müqayisədə 2021-ci ildə məişət zorakılığından zərər çəkmiş şəxslərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə verilmiş mühafizə orderlərinin sayı artıb.
Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə məlumatında əksini tapıb.
Belə ki, yerli icra hakimiyyəti orqanları tərəfindən 69 qısamüddətli (2020- ci ildə bu rəqəm 38 olmuşdur), məhkəmələr tərəfindən 4 uzunmüddətli (2020-ci ildə bu rəqəm 2 olmuşdur) mühafizə orderləri verilib. Orderlərin icrasına nəzarət Ədliyyə Nazirliyinin İcra və Probasiya şöbələri tərəfindən həyata keçirilib.///Apa