Dünən Kəlbəcər rayonunda ermənilərin basdırdığı minaya düşərək həlak olan hərbçi Zöhrab Hümbətov dəfn olunub.
APA-nın xəbərinə görə, şəhid Zöhrab Hümbətov anadan olduğu Tovuz rayonunda, Aşağı Quşçu kənd qəbiristanlığında torpağa tapşırılıb.
***
13.22
Dünən Kəlbəcər rayonunda ermənilərin basdırdığı minaya düşərək həlak olan hərbçi Zöhrab Hümbətovla vida mərasimi keçirilir.
APA-nın xəbərinə görə, şəhid hərbçinin cənazəsi anadan olduğu Tovuz rayonunun Aşağı Quşçu kəndinə gətirilib. Şəhidlə yaşadığı evdə vida mərasimi keçirilir.
Şəhid Zöhrab Hümbətov Aşağı Quşçu kənd qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, dekabrın 14-də, saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər minaya düşüb.
Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.
Həmçinin, müəyyən olunub ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə ölüb.
Mina partlaması nəticəsində həlak olan şəxs Azərbaycan Ordusunun hərbi qulluqçusu Hümbətov Zöhrab Məhəmməd oğludur.