"Real"ınn hücumçusu Kərim Benzema 2022-ci il dünya çempionatının finalında iştirak edə bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə “As” nəşri yazıb. Belə ki, Madrid klubu hücumçunun Qətərə getməsinə icazə verib. “Qərar Benzemanın özündən asılıdır, “Real” isə ona mane olmayacaq”.
Xatırladaq ki, Benzema DÇ-2022-nin başlamasına bir neçə gün qalmış zədələnərək turnirdə iştirak edə bilməyib. Didye Deşam onun yerinə futbolçu çağırmadığından hücumçu Fransa millisinin heyətində qalır. Fransa qalib gəlsə, Kərimin digər komanda yoldaşları ilə birlikdə medal almaq imkanı olacaq.
Futbol üzrə dünya çempionatının finalında Fransa yığması Argentina yığması ilə qarşılaşacaq.
Pünhan