Messi dünya çempionatlarında son oyununa çıxacaq

17:36 - 14 Dekabr 2022 - İDMAN

Argentina millisinin hücumçusu Lionel Messi bundan sonra dünya çempionatlarında iştirak etməyəcəyini açıqlayıb.

35 yaşlı hücumçu söyləyib ki, Qətərdə keçirilən dünya çempionatı onun üçün sonuncu mundial olacaq.

“Buna nail ola bildiyim üçün çox şadam. Finalda son oyunumu keçirməklə dünya çempionatlarında çıxışlarımı tamamlayacağam”, - deyə L.Messi bildirib.///oxu.az

 

Xəbər xətti