“Azərreyl” Almaniya komandasına qarşı

11:06 - 14 Dekabr 2022 - İDMAN

Azərbaycanın qadın voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün Çağırış Kubokunun 1/16 final mərhələsinin ilk oyununa çıxacaq.

Superliqanın gümüş mükafatçısı səfərdə “Süle” (Almaniya) ilə qarşılaşacaq. Komandaların razılığına əsasən, “Azərreyl” hər iki görüşü səfərdə keçirəcək.

Qeyd edək ki, Eldar Yusubovun yetirmələri avrokuboklara "Slaviya" (Slovakiya) üzərində qələbə ilə başlayıb.

Çağırış kubokunun 1/16 final mərhələsinin ilk oyunu

22:00 Azərreyl – “Süle”

Xəbər xətti