Ançelotti Braziliyaya yığmasına rəhbərlik etməyəcək

14:32 - 13 Dekabr 2022 - İDMAN

 Məşqçi müqavilənin sonuna qədər “Real”da qalmaq istəyir 

Karlo Ançelotti futbol üzrə Braziliyaya yığma komandasına rəhbərlik etməyəcək. Məşqçi Madridin "Real" komandasından ayrılmağı düşünmür. Bu barədə xarici mətbuatda xəbər yayılıb. Xəbərdə bildirilir ki, Braziliya Futbol Konfederasiyası (CBF) italiyalı məşqçini milli komandaya baş məşqçi təyin etmək istəyir və Ançelottini özünün bu işə 2023-cü ilin iyununda başlamağa hazır olduğunu bildirib.

Bununla belə, “Marca”nın məlumatına görə, məşqçi bütün diqqətini “Real”a cəmləyib. Bu səbəbdən də  Braziliyaya yığma komandasına rəhbərlik etmək niyyətində deyil. O, müqavilənin müddəti bitənə qədər klubda qalmaq və ola bilsin ki, müqaviləni uzatmaq niyyətindədir.  Müqavilənin müddəti isə 2024-cü ildə başa çatır.
Nə Ançelotti, nə də “Real” əməkdaşlığı erkən dayandırmaq variantlarını nəzərdən keçirmir.

Xəbər xətti