Vüqar Həşimov Memorialında mübarizə maraqlı olacaq - Rauf Məmmədov

14:09 - 12 Dekabr 2022 - İDMAN

Vüqar Həşimov Memorialında mübarizə maraqlı olacaq

Ucnoqta.az xəbər verir ki, Azərbaycanlı qrossmeyster Rauf Məmmədov özünün də iştirak edəcəyi Vüqar Həşimov Şahmat Memorialının qarşıdan gələn startı ilə bağlı fikirlərini bölüşüb.

“Mən çox şadam ki, 2022-ci ildə də Vüqar Həşimov memorialı keçirilir. Artıq səkkizinci dəfə keçirilən superturnirdə titullu və tanınmış şahmatçılar yenidən mübarizə aparacaqlar. Rəqiblərimə ciddi yanaşıram və artıq turnirdəki mübarizənin maraqlı keçəcəyini vəd edir. Həm Memorialda, həm də Vüqar Həşimov klubunun tərkibində çıxış edəndə Vüqarı, onun dəstəyini hiss edirəm. Onun partiyaları təkcə Azərbaycanda deyil, dünyada maraqla qarşılanıb, müzakirə olunub. Turnirdəki şanslarımı normal qiymətləndirirəm. Ümumiyyətlə, şahmat dünyası cavanlaşıb. İndi güclü və titullu gənc şahmatçılar mühüm turnirlərdə ləyaqətlə çıxış edir və mükafatlar qazanırlar”, - deyə Məmmədov bildirib.

Xəbər xətti