Argentina millisi DÇ-2022-nin yarımfinalında xorvatiyalı futbolçuları təxribata çəkmək niyyətindədir.
Ucnoqta.az "Jutarnij List"ə istinadən xəbər verir ki, Argentina yığmasının start heyətində meydana çıxan futbolçulardan biri avropalı klub tərəfdaşlarına bildirib ki, onun milli komandasına xorvatiyalı futbolçuları təxribata çəkmək və onları ritmdən çıxarmaq tapşırığı verilib. Həmin oyunçu, klub tərəfdaşları ilə video zəng zamanı Argentinanın "Xorvatiyanı 60 dəqiqəyə sındırıb məğlub edəcəyinə" əmin olduğunu söyləyib. “60 dəqiqə ərzində iki qol vuracağıq, ya da xorvatiyalı futbolçu qırmızı vərəqə alacaq”.
Argentinalılar hesab edirlər ki, Xorvatiya millisinin bəzi oyunçularının "əsəbləri zəifdir".
Pünhan