Futbol üzrə Portuqaliya millisinin baş məşqçisi Fernando Santos komandanın Qətərdə keçirilən dünya çempionatını tərk etməsinə münasibət bildirib.
Ucnoqta.az xəbər verir ki, baş məşqçinin sözlərinə görə, məğlubiyyətə səbəb millinin arxayın oynaması olub.
"İlk hissədə çətinliklər yarandı, oyuna daxil olmağımız uzun çəkdi. Uğursuz olduq, amma oyunçular çox çalışdılar", - Santos deyib.
Onun sözlərinə görə, futbolçular tam gücü ilə oynaya bilməyib. Mütəxəssis əlavə edib ki, dünya çempionatını tərk etmək ona pis təsir edir.
Qeyd edək ki, dekabrın 10-da Portuqaliya turnirin 1/4 finalında Mərakeşə 0:1 hesabı ilə məğlub olub.