Qətərdə keçirilən dünya çempionatında Mərakeş və Portuqaliya yığmaları arasında 1/4 final oyunu keçirilib.
Ucnoqta.az xəbər verir ki, Bakı vaxtı ilə saat 19:00-da start götürən qarşılaşmada 42-ci dəqiqədə Yussuf En-Nesiri hesabı açıb 1:0.
90+3-cü dəqiqədə Mərakeşin hücumçusu Valid Kedira 2-ci sarı vərəqə alaraq meydanı tərk edib. Rəqibin azlıqda qalmasına baxmayaraq portuqallar hesabı dəyişə bilməyiblər, oyun bu hesabla da başa çatıb.
Bununla da Mərakeş millisi yarımfinala vəsiqə qazanıb.
DÇ-2022, 1/4 final mərhələsi
10 dekabr
19:00. Mərakeş - Portuqaliya - 1:0
Qol: En Nesiri, 42
Baş hakim: Fakundo Telyo (Argentina)
“Əl Tumama” stadionu