FIFA Argentinaya qarşı iş açıb

19:48 - 10 Dekabr 2022 - İDMAN

FIFA Argentinaya qarşı iş açıb.

Ucnoqta.az xəbər verir ki, Messinin dünya çempionatında hakimlə bağlı dediklərindən sonra ali futbol qurumu Argentina millisinə qarşı iş açıb. İspaniyalı hakim Antonio Mateu Laos dünya çempionatının 1/4 final mərhələsinin Argentina - Hollandiya matçında rekord 15 sarı vərəqə göstərib.

Matçdan sonra argentinalılar onu tənqid edib, Messi hakimin 1/4 final səviyyəsinə uyğun gəlmədiyini bildirib.

Emin

Xəbər xətti