Neymar dünya çempionatında Xorvatiyaya məğlubiyyətdən sonra Braziliya millisini tərk edəcəyi ilə bağlı açıqlama verib.
Ucnoqta.az xəbər verir ki, Braziliya millisinin lideri Qətərdə keçirilən turnirin 1/4 finalında xorvatlara uduzduqdan sonra millidəki karyerası haqda ciddi düşünəcəyini bildirib.
"Qapını bağlamıram, amma 100% geri qayıdacağımı demirəm" - Neymar deyib.