DÇ-2022: Bu gün növbəti 2 yarımfinalçı məlum olacaq

13:40 - 10 Dekabr 2022 - İDMAN

Bu gün Qətərdə təşkil olunan dünya çempionatında 1/4 final mərhələsind daha iki iki oyun keçiriləcək.

Ucnoqta.az xəbər verir ki, günün ilk matçında Portuqaliya millisi Mərakeşi sınağa çəkəcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Günün ikinci qarşılaşmasında İngiltərə və Fransa yığmaları üz-üzə gələcəklər. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Xatırladaq ki, 1/4 finalın digər 2 oyunu dekabrın 9-da baş tutub. Xorvatiya Braziliyanı, Argentina isə Niderlandı məğlub edərək yarımfinala yüksəlib.

Xəbər xətti