Bu gün Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsinin oyunlarına start veriləcək.
Ucnoqta.az xəbər verir ki, günün ilk matçı Bakı vaxtı ilə saat 19:00-da Xorvatiya və Braziliya milli komandaları arasında keçiriləcək.
Günün sonuncu qarşılaşması saat 23:00-da başlayacaq, Niderland və Argentina milliləri qarşılaşacaq.
Qeyd edək ki, 1/4 final mərhələsinin digər görüşlər dekabrın 10-da baş tutacaq. İngiltərə Fransa ilə, Mərakeş isə Portuqaliya ilə qarşılaşacaq.
DÇ-2022
1/4 final mərhələsi
9 dekabr
19:00. Xorvatiya - Braziliya
Baş hakim: Maykl Oliver (İngiltərə)
"Edyukeyşn Siti" stadionu
23:00. Niderland - Argentina
Baş hakim: Migel Mateu Laos (İspaniya)
"Lusail" stadionu
Emin