Luis Enrike İspaniya millisindən ayrıldı

16:12 - 8 Dekabr 2022 - İDMAN

İspaniya Kral Futbol Federasiyası milli komandanın baş məşqçisi Luis Enrike ilə müqaviləni yeniləməyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyası (RFEF) məlumat yayıb. 

Qeyd edək ki, İspaniya yığması futbol üzrə 2022-ci il dünya çempionatının 1/8 finalında Mərakeş millisinə məğlub olaraq mundialda mübarizəni dayandırıb. 

Xatırladaq ki, Luis Enrike 2018-ci ildən yığmanı çalışdırırdı.

Xəbər xətti