Portuqaliyalı hücumçu Kriştianu Ronaldo baş məşqçi Fernando Santuşa millini tərk edə biləcəyini deyib.
Mənbənin sözlərinə görə, Ronaldo bu addımı Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsində Cənubi Koreya ilə oyunda (1:2) əvəzləndikdən sonra düşünüb.
Həmin vaxt 37 yaşlı hücumçu baş məşqçinin qərarından narazı qalaraq Santuşun üstünə qışqıraraq demişdi: “Sən məni əvəz etməyə çox tələsirsən!”
Xatırladaq ki, həmin matçda Ronaldu 65-ci dəqiqədə əvəzlənib.
1/8 final mərhələsinin İsveçrə millisi ilə görüşündə (6:1) Ronaldo Portuqaliya yığmasının start heyətinə daxil olmayıb, yalnız 73-cü dəqiqədə hesab 5:1 olanda meydana əvəzlənmə ilə çıxıb.
Ronaldo Portuqaliyanın Qətərdə keçirdiyi dörd matçın hamısında iştirak edib, bir qol vurub.///oxu.az