Vüqar Həşimov Memorialının bütün iştirakçıları müəyyənləşib

13:05 - 7 Dekabr 2022 - İDMAN

Dekabrın 17-dən 24-dək Bakıda dahi şahmatçı, Avropa çempionu, beynəlxalq qrosmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Vugar Gashimov Memorial-2022” superturniri keçiriləcək.

Ucnoqta.az xəbər verir ki, şahmat üzrə Vüqar Həşimov Memorialının bütün iştirakçıları müəyyənləşib.

Azərbaycan şahmatçıları Rauf Məmmədov, Abdulla Qədimbəyli, həmçinin Nodirbek Abdusattorov (Özbəkistan), Vanq Hao (Çin), Valexo Pons (İspaniya), Samuel Şenkland (ABŞ) turnirdə iştirak edəcəklərini təsdiqləyiblər.

Daha əvvəl dörd iştirakçının adı məlum idi: Şəhriyar Məmmədyarov, Aydın Süleymanov (hər ikisi Azərbaycan), Qukeş Dommaraju (Hindistan) və Riçard Rapport (Rumıniya).

Pünhan

Xəbər xətti