DİN-dən Kliniki Tibbi Mərkəzdəki olayla bağlı - AÇIQLAMA

15:03 - 13 Noyabr 2022 - Xəbər

“Sosial şəbəkələrdə Nəsimi rayonunda Kliniki Tibbi Mərkəzin həyətində narkotik vasitələrdən istifadə edilməsi ilə bağlı yayılan görüntülərdən xəbərdarıq”.

Bu barədə “Qafqazinfo”ya Daxili İşlər Nazirliyindən bildirilib.

“Həmin görüntülərlə bağlı zəruri tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır. Tədbirlərin nəticəsi barədə əlavə məlumat veriləcək” – DİN-in açıqlamasında qeyd olunur.

Qeyd edək ki, paylaşılan görüntülərdə bir neçə şəxsin Mərkəzin həyətində narkotik maddədən istifadə, hətta alqı-satqı etdiyi iddia edilir.

Xəbər xətti